Hər sahədə olduğu kimi, iş həyatında da nəsillərarası fərqlər çox vaxt ön plana çıxır. Çünki hər nəsil öz dövrünün gətirdikləri ilə formalaşmış və populyarlığın təsiri altında iş həyatına atılır. Bu baxımdan alınan təhsil, qurulan dost və ailə münasibətləri, trend olan məşğuliyyətlər və daha bir çox amil nəzərə alınaraq nəsil fərqlərinin təsirləri araşdırılmalıdır. Yaş qrupuna bağlı olaraq yaranan bəzi çətinliklər və ya üstünlüklər iş həyatına müsbət və mənfi təsir göstərə bilər.

Z nəsli ilə işləmək əvvəlki nəsillər üçün bəzi çətinliklər yarada bilər. Lakin bu nəsilin digər nəsillərə verə biləcəyi faydalar da nəzərdən qaçırılmamalıdır. Əlbəttə, bəzən yaşanan xoşagəlməz hallar mühitdə gərginlik yarada və iş səmərəliliyinə mənfi təsir edə bilər, amma bu cür problemlər müsbət yanaşmalarla qısa müddətdə həll oluna bilər. Bu prosesdə həm köhnə, həm də yeni nəsil üçün mühüm vəzifələr düşür.