Runner home
Funksionallığın dizayn və estetika ilə ayrılmaz bir vəhdətini vurğulayan Runner Home, iş sahələrində güclü bir duruş sərgiləmək istəyən istifadəçilər üçün hazırlanıb. İş masası ilə inteqrasiya olunmuş keçə panel, laklı rəf vahidi və portativ metal aksesuar bölməsi, üzvi keçidlər və yumşaq xətləri ilə istifadəçiyə isti və səmimi bir atmosfer təqdim edir; eyni zamanda ağac, metal və keçəni peşəkar bir balansla birləşdirir.
Set
Ofis həyatındakı hərəkətsizlik probleminə innovativ həll təqdim edən SET hündürlüyü tənzimlənən iş masası və workstation, əməkdaşların gün boyu daha aktiv və məhsuldar olmasını təmin edir.
Masa səthinə inteqrasiya olunmuş rəqəmsal göstərici və 3 yaddaşlı idarəetmə paneli sayəsində istifadəçilər sevdikləri hündürlük səviyyələrini yadda saxlayaraq oturaq və ayaqüstü iş rejimləri arasında asanlıqla keçid edə bilirlər. Ayaqüstü işləməyi xatırladan siqnal funksiyası daha dinamik iş rejimini təşviq edərkən, toqquşma qarşısını alan sistem masanın hərəkəti zamanı maneələri aşkarlayaraq təhlükəsiz istifadə təmin edir.
Uzun müddət oturmağın yaratdığı sağlamlıq risklərini azaldan SET, həm ofislərdə, həm də ev-ofis mühitlərində dinamik və erqonomik iş sahələri yaradır.
Stack
Funksional saxlama həlləri təqdim edən Stack, hər mühitə və məkana uyğunlaşaraq üslublu və səmərəli iş mühitlərinin formalaşmasına imkan yaradır. Ev daxili iş sahələrindən rəhbər ofislərə qədər uzanan istifadə sahələrində saxlama ehtiyaclarına həll olmaq üçün dizayn edilən Stack; arxa səthində istifadə olunan perforasiya paneli, dekorativ sürüşən qapı seçimi, incə düşünülmüş yuvarlaq tutacaq və ayaq detallar ilə estetik məkanlar yaradır.
Stack-in künclərində yerləşən metal boru profillər, alt hissədəki ayaqları dolabın üst hissəsindəki birləşmə elementləri ilə birləşdirir və beləliklə dolabın ətrafını əhatə edən çərçivə görünüşü yaradaraq vizual bütövlük təmin edir.
STAY
Fərqli və yenilikçi ofislər üçün nəzərdə tutulan Stay, masiv taxta konstruksiya üzərində yerləşdirilən yumşaq oturacaq və yastıqları ilə məkanlara dinamik və müasir görünüş bəxş edir. Təkli və ikili variantları, eləcə də rahatlığı ön planda tutan dizaynı ilə rəhbər ofislərində güc və prestij hissi yaradır.
Stripe Arc iclas
Mühəndislik və estetikanın birgə harmoniyasını əks etdirən dizayn detalları ilə Stripe Arc məhsul ailəsi ofislərdə bütövlük yaradır.
Stripe Arc iclas masası; yumru və zərif xətləri, istifadə olunacağı mühitə uyğun üçbucaq, dairə, kvadrat, düzbucaqlı və oval forma seçimləri ilə məhsuldarlığınızı ən yüksək səviyyəyə çatdıraraq həll yönümlü qərarlar qəbul etməyinizə kömək edir.
Stripe Arc İdarəçi
Mühəndislik və estetikanın birgə harmoniyasını əks etdirən dizayn detalları ilə Stripe Arc məhsul ailəsi ofislərdə bütövlük yaradır.
Yumru və zərif xətlərə malik Stripe Arc rəhbər masası, ofis daxilində uyğun və fərdiləşdirilə bilən sahələr yaratmaq istəyən rəhbərlərin seçiminə çevrilir. Düzbucaqlı və ya “L” formalı geniş iş səthi ilə səliqəli və təşkil olunmuş iş mühiti yaradır.
Stripe İclas
Ofislərə müasir və zərif bir atmosfer qazandıran Stripe, məhsuldarlığınızı ən yüksək səviyyəyə çatdıraraq həll yönümlü qərarlar qəbul etməyinizə kömək edən bir iclas masasıdır.
Stripe operativ
Stripe Operasional Seriyası, işçi sayı və məkanın forması nə olursa olsun, ən optimal yerləşimi təmin edəcək şəkildə hazırlanmış və sonsuz sayda kombinasiya imkanı təqdim edən ofis iş masasıdır. Mühəndislik və estetikliyin vəhdətində formalaşan dizayn detalları ilə Stripe Ailəsi, əməkdaşların öz seçimlərinə uyğun “unikal” ofislər yaratmasına kömək edir. Bu isə Stripe-ın “komandanızın işlədiyi yer” deyil, “komandanızın bir hissəsi” olmasını təmin edir.
Surf
Minimalist dizaynı və müasir xətləri ilə Surf, sadəlik və çox yönlülük arasında mükəmməl tarazlıq yaradaraq dinamik məkanlar formalaşdırır. Arxa hissədəki şaquli xətlər monoblok formasına zərif bir toxunuş əlavə edir. Müxtəlif ayaq variantları və özünəməxsus rəng seçimləri ilə ofislərdən sosial sahələrə, ev istifadəsindən kafe və restoranlara qədər geniş istifadə imkanları təqdim edən Surf stul ailəsi; iş və yaşayış məkanlarına estetik, rahatlıq və hərəkət azadlığı qazandırır.
SURF taburet
Minimalist dizaynı və müasir xətləri ilə Surf bar kreslosu sadəlik və funksionallığı mükəmməl şəkildə birləşdirir. Arxalıqdakı şaquli xətlər monoblok quruluşa zərif görünüş bəxş edir. Üst-üstə yığıla bilən quruluşu və fərqli rəng seçimləri ilə kafe, restoran, otel və yüksək iclas masaları üçün rahat və estetik həll təqdim edir.
SWAN İdarəçi
Zərif dizaynı və funksional quruluşu ilə diqqət çəkən Swan iş kreslosu, ofislərdə müxtəlif istifadə sahələri üçün optimal rahatlıq təqdim edir.
SWAN Operativ
Dinamik xətləri və sadə dizaynı ilə Swan iş kreslosu üslubunuzu ofisinizə daşıyır. Geniş oturacaq sahəsi və rahat quruluşu sayəsində müxtəlif bədən quruluşlarına uyğunlaşaraq onurğaya ideal dəstək verir.