OCTOPUS
Dənizlərin ağıllı və sirli canlısı olan ahtapotdan ilham alınaraq dizayn edilən Octopus, axıcı forması ilə diqqət çəkir. Balanslı və möhkəm metal konstruksiyası, ağac və ya metal başlıqlı asılqan qolları ilə tamamlanır. Ahtapotun qolları kimi çoxfunksiyalı olan Octopus, iş və yaşayış məkanlarında nizam yaradır, eyni zamanda dekorativ element kimi estetik görünüş təqdim edir.
ONYX
Onyx sadə dizaynı və güclü detalları ilə istifadə olunduğu məkana asanlıqla uyğunlaşır. İnsan bədəninin formalarına uyğun hazırlanmış təkli ofis kreslosu, uzunmüddətli görüşlər zamanı belə yüksək rahatlıq təmin edir. Arxalığa birləşən dairəvi qol dayaqları isə bədəni əhatə edən komfortlu oturuş sahəsi yaradır.
Opera iclas
Hər bir hissəsi dinamik və səmərəli iş sahələri yaratmaq üçün dizayn olunan Opera məhsul ailəsi, ofis mühitini uğurlu komandaların səhnəsinə çevirir.
Opera workstation-larına inteqrasiya olunan toplantı modulları, yeni ideya və həllərin yaranması üçün əməkdaşların effektiv şəkildə əməkdaşlıq etməsini və yaradıcı düşünməsini təşviq edir.
Opera İdarəçi
Minimalist dizaynı və müasir xətləri ilə Surf, sadəlik və çox yönlülük arasında mükəmməl balans yaradaraq dinamik məkanlar formalaşdırır. Arxa hissəsindəki şaquli xətlər monoblok formasına zərif toxunuş əlavə edir.
Fərqli ayaq və özünəməxsus rəng seçimləri ilə ofislərdən sosial məkanlara, ev istifadəsindən kafe və restoranlara qədər geniş istifadə sahəsi təqdim edən Surf stul ailəsi; iş və yaşayış məkanlarına estetik görünüş, komfort və hərəkət azadlığı qazandırır
Opera operativ
Hər bir hissəsi dinamik və səmərəli iş sahələri yaratmaq üçün dizayn olunan Opera məhsul ailəsi, ofis mühitini uğurlu komandaların səhnəsinə çevirir.
Rəhbərlərin iş tələblərini qarşılayaraq komanda ruhunu dəstəkləyən Opera rəhbər masası, ofis daxilində funksional və bütöv bir görünüş yaradır.
PAL
Estetika və funksionallığı birləşdirən Pal tumbası, üst hissəsindəki xüsusi plastik bölmə sayəsində dəftərxana ləvazimatlarını səliqəli şəkildə təşkil etməyə imkan verir və iş masasında daha çox yer yaradır. 8 fərqli rəng seçimi, iki və ya üç çekmecəli variantları ilə müasir iş məkanları üçün ideal saxlama həllidir. Erqonomik quruluşu, təkərli dizaynı və mərkəzi kilid sistemi sənədlərin təhlükəsiz saxlanmasını təmin edərək ofisinizə nizam və zəriflik qatır.
Pi Home
Keçə parçadan hazırlanmış masaüstü ciblə askı, iş mühitinizi daha səliqəli etməyə kömək edir; metal pano, qələm qabı və mobil toolbox kimi bölmələr isə iş məhsuldarlığınızı maksimum səviyyəyə çatdırır.
Diqqətlə formalaşdırılmış masiv fıstıq (kayın) konstruksiyaya sahib Pi Home, təbii və ekoloji yanaşması ilə seçilir, fərqli lak variantları sayəsində mebellərinizə uyğun ideal iş masası olur.
PICK
Pick, modul quruluşu və müxtəlif material-rəng seçimləri ilə müasir ofislərin və lobi gözləmə sahələrinin ideal tamamlayıcısıdır. Diqqətçəkən dizaynı və rahat forması qonaqlara xoş gözləmə təcrübəsi təqdim edir. Eyni zamanda əməkdaşların istirahət, sosiallaşma və fərdi istifadə ehtiyaclarına uyğun rahat məkanlar yaratmağa imkan verir.
PIET
Piet seriyası dəri hörgülü və üzlüklü variantları ilə bir-birini tamamlayır, eyni zamanda fərqli dizayn üslubları ilə asanlıqla uyğunlaşır. İstifadəçiyə öz məkanında xüsusi və ön planda olma hissi bəxş edən bu ofis divanı seriyası, kolleksiya ruhunu əks etdirərək zövqlə formalaşdırılmış məkan anlayışını vurğulayır.
POINT
Plastik və ya üzlüklü arxalıq və oturacaq variantlarına malik Point seriyası, qollu və qolsuz modelləri ilə təlim, iclas, seminar və gözləmə məkanları üçün çevik həllər təqdim edir. Üst-üstə yığıla bilən “U” ayaqlı versiyası saxlama rahatlığı yaradır. Sadə dizaynı ilə Point hər məkana asanlıqla uyğunlaşır.
POLY
Poly çoxməqsədli kreslo seriyası minimal dizaynı, yumşaq teksturası və istifadəçini əhatə edən əyri forması ilə ofislərdə, evlərdə, restoran və otellərdə rahatlıqla istifadə olunur. Müxtəlif material və rəng seçimləri məkanlara canlı və isti atmosfer bəxş edir. Poly ənənəvi gözləmə sahələrini fərqləndirərək sosiallaşmanı təşviq edən rahat və cəlbedici məkanlar yaradır.
Punto İdarəçi
Sadə dizaynı və zərif forması ilə diqqət çəkən Punto, əyri quruluşu sayəsində onurğanın təbii “S” formasını qorumasına imkan yaradır. Elastik mesh arxa hissəsi bədənin təbii hərəkətlərinə uyğunlaşaraq, çəkini kresloda bərabər paylayır və gərginliyi azaltmağa kömək edir. Həm funksionallıq, həm də estetik baxımdan yüksək performans göstərən Punto, iş və yaşayış məkanlarınıza həm şıklıq, həm də rahatlıq qatır.