PUNTO Operativ
Sadə dizaynı və zərif quruluşu ilə diqqət çəkən Punto, əyri forması sayəsində onurğanın təbii “S” formasını qorumağa kömək edir. Elastik torlu arxa hissəsi bədənin təbii hərəkətlərinə uyğunlaşaraq ağırlığın bərabər paylanmasını təmin edir və gərginliyi azaldır. Funksionallıq və estetikliyi bir araya gətirən Punto, iş və yaşayış məkanlarınıza rahatlıq və zəriflik bəxş edir.
Puzzle High
Adi iş şəraitini dəyişdirərək qarşılıqlı əlaqəni ön plana çıxaran Puzzle High; açıq ofis mühitlərində çalışanların sürətli və dinamik görüşlər keçirməsi, fikir mübadiləsi aparması üçün ayrıca sahələr yaradır. Aksesuar əlavələri sayəsində həm spontan və qeyri-rəsmi görüşlər üçün iclas masası kimi, həm də fərdi istifadəyə uyğun iş masası kimi istifadə edilə bilir. Üst hissədə yerləşən keçə örtüklü akustik panel səs izolyasiyası təmin edərkən, yan perforasiya paneli üzərinə inteqrasiya olunmuş ekran vasitəsilə məhsuldar görüşlərə imkan yaradır. Ayaqüstü və ya oturaq vəziyyətdə göz səviyyəsində ünsiyyət imkanı verən Puzzle High, ayaqüstü işi təşviq edərək ofis daxilində hərəkətliliyi artırır.
Puzzle iclas
Puzzle toplantı masası yenilənmiş dizaynı ilə müasir ofislərin fərqli ehtiyaclarına uyğun funksional həllər təqdim edir.
Puzzle İdarəçi
İş həyatındakı dinamikləri mərkəzə alan Puzzle iş masası, dizaynında incəliklə hesablanmış detalları ilə komanda ruhunu dəstəkləyir, eyni zamanda ofisdəki dinamizm və harmoniyanı vurğulayır.
Puzzle operativ
Davamlılıq və komfortu ön plana çıxaran Puzzle ofis iş masası, dizaynında incəliklə hesablanmış detalları ilə komanda ruhunu dəstəkləyərkən, ofisdəki dinamizm və harmoniyanı vurğulayır.
QUICK
Canlı rəngləri ilə diqqət çəkən Quick, sadəliyi rahatlıqla birləşdirir. Müxtəlif modelləri ilə iş məkanları, iclas otaqları, kitabxanalar, kafelər və sosial sahələr üçün ideal seçimdir. Mobil və erqonomik quruluşu sayəsində aktiv təlim məkanlarında, ev ofislərində, iclas və otel otaqlarında rahat istifadə olunur. Quick Bar modeli isə xrom metal konstruksiyası ilə restoran və bistro kimi məkanlara uyğunlaşır. Yüngül, daşınması asan və üst-üstə yığıla bilən dizaynı istifadə rahatlığı təmin edir.
QUICK TABURE
Sadə və müasir dizayna malik Quick Yüksək Tabure, iş məkanları ilə yanaşı kafe və restoran kimi sosial sahələrdəki yüksək masalar üçün rəngarəng tamamlayıcı rolunu oynayır. Xrom metal konstruksiya üzərində yerləşən monoblok oturacaq gövdəsi bədəni rahat şəkildə dəstəkləyərək sadəlik, zəriflik və komfortu bir araya gətirir.
Rare idarəçi
Rare idarəçi kreslosu özünəməxsus karkas dizaynı ilə fərqlənir. Bədənin quruluşuna uyğunlaşaraq düzgün oturuş mövqeyini təmin edir. Tor arxa hissəsi, yumşaq oturacaq səthi və tənzimlənən qol dayaqaları ilə yüksək ergonomika və komfort təqdim edir.
RARE Operativ
Operativ ofis kreslosu Rare, bel hissəsini dəstəkləyən torlu arxalığı, yumşaq oturacağı və istifadəçiyə uyğun tənzimlənən qol dayaqları ilə erqonomik və rahat oturma təcrübəsi təqdim edir. Sadə dizaynı ilə Rare müasir ofislərin vazkeçilməz seçimidir.
RAST
Təkli, ikili və üçlü variantları ilə Rast ofis divanı seriyası həm ayrıca, həm də dəst şəklində istifadə oluna bilər. Klassik xətləri müasir dizaynla birləşdirən Rast, ofislərinizə zəriflik və rahatlığı eyni anda gətirir.
REVOLUTION
Geniş istifadə sahələri üçün nəzərdə tutulan Revolution ofis kreslosu, zərif detalları və dəbli görünüşü ilə intensiv istifadə üçün praktik həllər təqdim edir. Müxtəlif rəngli üzlük seçimləri isə rahat və komfortlu oturuş təmin edir.
Runner
Saysız birləşmə və oturma variantları təqdim edən Runner seriyası; asan daşına bilən xüsusiyyəti, təkər kilidləri və masa birləşdirmə aparatları sayəsində yerləşdiyi məkanda fərqli istifadə ssenarilərinə uyğun funksional həllər təqdim edir. Beş fərqli iş səthi ilə asanlıqla qurulub sabitlənə bilən Runner iclas masası, qatlanan quruluşu sayəsində saxlanmanı da asanlaşdırır.