FIN

Fin, zamansız estetikanı təbii rahatlıq hissi ilə bir araya gətirir. Sadə görünüşü və güclü duruşu ilə məkanlara balanslı və prestijli görünüş qazandırır. Qol və arxalıq hissələrinin xüsusi bucağı bədəni təbii oturuş mövqeyinə yönəldir, arxadakı fasiləsiz qövs formalı dizayn isə modelin fərqləndirici xüsusiyyətidir.

Təkli, ikili və üçlü variantları ilə Fin qəbul və gözləmə sahələrindən rəhbər otaqlarına, sosial məkanlardan otel və ofislərin ümumi istifadə sahələrinə qədər müxtəlif mühitlərə asanlıqla uyğunlaşır.

FISHBONE

Panellərlə genişləndirilə bilən Fishbone sistemi müxtəlif bucaqlarda iş sahələri yaratmağa imkan verir. Melamin, parça, akustik keçə və pleksiqlas kimi fərqli materialların birlikdə istifadəsini dəstəkləyir. Müxtəlif hündürlük, panel və masa ölçüləri sayəsində fərqli iş ssenarilərinə uyğunlaşır.

Panel daxilindən keçən kabel sistemi və inteqrasiya olunmuş enerji çıxışları səliqəli və nizamlı iş mühiti yaradır. Düzbucaqlı və trapetsiya formalı masa variantları fərdi, komanda, çağrı mərkəzi, kitabxana və lobi kimi ümumi istifadə sahələri üçün çevik həllər təqdim edir.

FLAT

Hava limanı, terminal və xəstəxana kimi sıx istifadə olunan məkanlar üçün hazırlanmış Flat, yüksək rahatlıq və erqonomika təqdim edir. Əyri və bucaqlı oturacaq səthi, eləcə də arxalıq hissəsi bədənin formasına uyğunlaşaraq sağlam və komfortlu oturuş təmin edir.

Möhkəm quruluşu və asan təmizlənən səthi ilə ictimai məkanların tələblərinə cavab verir. Qol dayaqları və masa əlavələri sayəsində müxtəlif kombinasiya və məkan planlaşdırılması imkanları yaradır.

FLOWER

Adından ilham alan Flower asılqanı, ikonik görünüşü və rəngarəng dizaynı ilə ofislərinizə zərif və fərqli görünüş qazandırır.

FOÇA

Tək nəfərlik istifadə üçün nəzərdə tutulan Foça ofis kreslosu, süni dəri, parça və keçə üzlük variantları ilə ahşap ayaqların harmoniyasını birləşdirərək məkanlara isti atmosfer bəxş edir. Rəhbər otaqlarından ümumi istifadə sahələrinə qədər hər məkanda qonaqlarınıza rahatlıq və komfort təqdim edir.

FOCUS

İş məkanlarında səs problemlərini azaltmaq üçün hazırlanmış Focus akustik panel seriyası, modul quruluşu sayəsində fərqli və müstəqil istifadə sahələri yaratmağa imkan verir. Focus Meet kiçik komanda görüşləri üçün yarı qapalı məkan təqdim edir. Focus Flex səs əks-sədasını azaldaraq diqqəti və məhsuldarlığı artırır. Focus Shelf isə həm məkan bölücü, həm səsuducu, həm də saxlama və sərgiləmə vahidi kimi istifadə oluna bilir. Müxtəlif rəng, aksessuar və elektrikləşdirmə seçimləri ilə Focus seriyası iş, gözləmə və istirahət məkanlarına müasir görünüş qazandırır.

FOLDIT İdarəçi

Müasir və klassik üslubu birləşdirən Foldit seriyası iş, iclas, gözləmə və istirahət məkanları üçün ideal seçimdir. Sadə forması və zərif detalları ilə seçilən model, istifadə olunduğu məkanlarda prestijli görünüş yaradır. Yüksək və alçaq arxalıq, qollu və qolsuz variantları, həmçinin təkərli və sabit ayaq seçimləri ilə fərqli ehtiyaclara uyğunlaşır. Foldit rəhbər ofislərinə zəriflik, rahatlıq və nüfuz qatır.

FOLDIT Operativ

İstifadəçilərin ehtiyac və gözləntilərinə uyğun dizayn edilən Foldit ofis kreslosu, erqonomik quruluşu ilə düzgün oturuş mövqeyini dəstəkləyərək rahat iş şəraiti yaradır. Fərqli modelləri müxtəlif iş məkanlarında maksimum komfort təqdim edir. Sadə forması və incə detalları ilə diqqət çəkir.

FUSION

Hərəkət və sabitliyi eyni quruluşda birləşdirən Fusion, diqqətçəkən və özünəməxsus dizayna malikdir. Fərqli estetik görünüşü ilə yanaşı, ofis divanları arasında bənzəri az olan yüksək rahatlıq təqdim edir.

Gama

Gama məktəb mebelləri seriyası davamlılıq və komfortu ön plana çıxararaq fərqli məkan quruluşlarına uyğunlaşır. Tək və ikili sıra variantları, müxtəlif yaş qruplarına uyğun hündürlük seçimləri ilə ergonomik həllər təqdim edir. Masa altındakı kitab rəfi və çanta asqısı nizamlı iş mühiti yaradır. Qələm qabı və tablet sabitləyici aksesuarlar isə texnologiyadan istifadini asanlaşdıraraq öyrənmədə aktivliyi artırır.

GILDA

Müasir əyri forması və zərif dizaynı ilə seçilən Gilda ofis divanı, yumşaq yastıqları və rahat oturacağı sayəsində ofislərdə komfortlu və zövqlü istirahət məkanları yaradır.

GRİD

İncə və sadə xətlərinin əksinə olaraq, yerləşdiyi məkana güc və prestij qazandıran Grid rəhbər masası; geniş iş səthi, hər iki tərəfində yerləşən elektrikləşdirmə həlləri və saxlama sahələrinin təqdim etdiyi funksionallıq ilə istifadəçinin bütün gözləntilərini qarşılayır.

Sifariş edin This product has options that may be chosen on the product page