GUSTO

Gusto, bədəni əhatə edən forması, yumşaq xətləri və komfortlu quruluşu ilə istifadəçidə rahatlıq və aidiyyət hissi yaradır. Parça, keçə və dəri üzlük seçimləri, həmçinin geniş rəng alternativləri ilə iş, iclas, gözləmə və sosial məkanlarda fərdi və komanda işini dəstəkləyir. Məkanlara canlılıq və dinamika gətirən Gusto, ilhamverici və yaradıcı iş mühiti formalaşdırır.

Handy

Handy çalışma masası seriyası altıbucaqlı, trapez, kvadrat və düzbucaqlı formaları ilə müxtəlif kombinasiyalarda istifadə olunaraq müasir təhsil məkanlarında ünsiyyəti gücləndirir və komanda ruhunu artırır. Tənzimlənə bilən sabit ayaqlar və təkərli seçimləri sayəsində fərqli öyrənmə metodlarına uyğunlaşır. Melamin və kompakt laminat səthləri ilə yalnız təhsil deyil, həm də kafe, kantin, foyə və lobbi kimi sosial sahələr üçün ideal seçimdir.

HEXA

Arxalıqlı və arxalıqsız istifadə oluna bilən altıbucaqlı modul daha rahat oturuş təmin edir. Diaqonal modullar birləşdirilərək çoxnəfərlik oturma sahələri yaradır. Arxalıqlı altıbucaqlı modulun oturacaq dərinliyi standart ölçülərdən daha böyükdür və maksimum rahatlıq üçün nəzərdə tutulub.

HEY!

HEY!, adından aldığı enerji ilə gözləmə məkanlarını canlı və dinamik görüş nöqtələrinə çevirir. Rahat və dəvətkar dizaynı gözləmə vaxtını daha komfortlu və xoş təcrübəyə çevirir.

Modul quruluşu sayəsində yalnız ikili və üçlü divan variantları deyil, həm də düz və bucaqlı modulların birləşdirilməsi ilə məkanın ehtiyacına uyğun fərqli kombinasiya və yerləşdirmə həlləri yaratmağa imkan verir.

HILLS

Zərif və sadə xətləri ilə seçilən Hills, minimalist və funksional ofis dizaynı axtaranlar üçün ideal seçimdir. Təkli və ikili variantları, xüsusi formaya malik yumşaq minderləri sayəsində daha rahat və komfortlu oturuş təcrübəsi təqdim edir.

HOLM

Holm saxlama sistemləri dəyişən iş mühiti və istifadəçi tələblərinə uyğun çevik həllər təqdim edir. Modul quruluşu sayəsində fərdiləşdirilə bilən iş və saxlama sahələri yaratmağa imkan verir. Açıq ofislərdə bölücü funksiyasını da yerinə yetirərək müxtəlif ehtiyaclara uyğun məkanlar formalaşdırır. Melamin və şüşə qapı seçimləri, müxtəlif ölçü və rəng variantları ilə istənilən kombinasiyanı yaratmaq mümkündür. Şkaf qapıları, lockerlər, çekmecələr və rəflər asanlıqla əlavə edilə, çıxarıla və yenidən yerləşdirilə bilər.

INTERSECTION

Estetik görünüşü, müasir dizaynı və funksionallığı ilə seçilən Intersection panelləri açıq ofislərdə modul bölücü ehtiyacını qarşılayır. Stripe və Puzzle seriyaları ilə birlikdə istifadə olunaraq fərdiləşdirilmiş və uzunmüddətli ofis həlləri yaradır.

Açıq ofis mühitlərində iş stansiyaları arasında izolyasiyanı gücləndirən Plug-in panel virus və bakteriyaların yayılma riskini azaltmağa kömək edir. Plexiglas materialdan hazırlanmış və asan təmizlənən quruluşu sayəsində daha sağlam, təhlükəsiz və rahat iş mühiti təmin edir.

Just

Sadəlik və aydınlıqdan ilham alan dizaynı ilə Just, intensiv iş tempi içində rahat, səliqəli və funksional bir iş mühiti yaradır. Masanın ön hissəsində yerləşən toplantı uzantısı, rəhbərlərə yalnız geniş və komfortlu iş sahəsi təqdim etməklə kifayətlənmir; eyni zamanda komanda iclasları, təkbətək görüşlər və gündəlik planlamalar üçün funksional və praktik ünsiyyət sahəsi təmin edir.

Məhsul ailəsində yer alan müxtəlif ölçülü etajer və konsol dolabları sayəsində saxlama ehtiyaclarına ağıllı həllər təqdim edən Just, akordeon qapılı dolab seçimi ilə də rəhbər otaqlarına prestijli və zövqlü görünüş qazandırır.

Sifariş edin This product has options that may be chosen on the product page

KEOPS

Həyatınız boyunca qazandığınız uğurları ofisinizin dizaynında da əks etdirə bilərsiniz. Güclü, qətiyyətli və möhtəşəm görünüşə malik Keops Divan Seriyası təkli, ikili, yarım arxalıqlı və arxasız variantları ilə prestijli məkanlar yaradır. Piramidaların siluetindən ilhamlanaraq hazırlanan Keops, prestiji və zərifliyi ofisinizə daşıyır.

KOKTEYL

İnsan fiqurundan ilhamlanaraq hazırlanan Kokteyl səssiz qulluqçu geyimlərin formasını qoruyaraq səliqəli şəkildə saxlanmasını təmin edir. Telefon, saat və açar kimi şəxsi əşyalar üçün nəzərdə tutulmuş xüsusi bölməsi ilə məkanlarda nizam yaradır və rahatlığı artırır.

Kokteyl seriyasının digər üzvü olan askılıq isə funksional və səliqəli saxlama həlli təqdim edir. Möhkəm metal konstruksiyası və müxtəlif rəng seçimləri ilə evlərdən ofislərə, rəhbər otaqlarından otel otaqlarına qədər bütün məkanlara uyğunlaşır.

Lead

Rəhbər vəzifəsinin duruşunu simvolizə edən masa ayağının heykəltəraşlıq xarakterli dizaynı yerləşdiyi mühitə xarakter qataraq estetik bir görünüş yaradır. Yüksək texnologiya ilə qəliblənərək formalaşdırılmış xüsusi formalı incə ayaqlar və onları birləşdirən ucdan-uca axıcı və əyri formaya malik ön panel dinamik bir vizual harmoniya yaradır. Lead dizaynında yer alan bu zərif, axıcı xətlər və minimal görünüş onu rəhbər iş məkanları üçün mükəmməl bir tamamlayıcıya çevirir. Serini təşkil edən masa və saxlama modulları fərqli istifadə ssenarilərini dəstəkləmək və istifadəçinin iş tərzinə uyğunlaşaraq sərbəst şəkildə kombinə edilə bilməsi üçün müstəqil vahidlər kimi dizayn edilib. Kolleksiya ümumilikdə masanın vizual dilini və təsirini tamamlayan zərif, sadə, yüngül və yumşaq formalarla işlənmişdir.

Sifariş edin This product has options that may be chosen on the product page

LEO

Balerinaların zərif və elastik hərəkətlərindən ilham alınaraq hazırlanan Leo, nəfəsalan və dayanıqlı torlu quruluşu ilə seçilir. Arxalıq və oturacağın torlu olduğu monoblok gövdəsi onurğanın təbii əyriliyini dəstəkləyərək təzyiqi bərabər paylayır və yükün balanslı şəkildə bölüşdürülməsini təmin edir. Leo müasir və zərif dizaynı ilə iş sahələrinə, iclas otaqlarına və ev ofislərinə xüsusi görünüş bəxş edir.